McDonald’s Azərbaycan şirkəti ölkəmizdə fəaliyyətə başladığı ilk gündən öz əməkdaşlarını diqqət mərkəzində saxlayır və bu ənənə bugün də uğurla davam etdirilir.
1999-cu ildən başlayaraq bugünədək şirkət çoxlu menecer, direktor və idarəedici heyət hazırlamışdır. Biz aparıcı işçilərimizdən keyfiyyətli kadr hazırlayırıq və indi onlar bizim şirkətin qabaqcıl menecerləridir. Məhz biz daima öz əməkdaşlarımıza təhsil verir və bu təhsil nəticəsində əməkdaşlarımız keyfiyyətli menecment və idarəetmə bacarıqlarına yiyələnirlər. McDonald’s-ın karyera pillələrində hər bir işçi müəyyən zaman ərzində öz karyerasını qura bilər. Məhz McDonald’s-da təlim işi həmişə davam edir. İşçilər və idarəetmə heyəti daima təlimlər keçir, öz bilik və bacarıqlarını yüksəldirlər. Bu təhsil proqramları aşağıdakılardır:
Bundan başqa, bizim menecerlər və direktorlar Almaniya, Rusiya, Ukrayna, ABŞ, İngiltərə və s. kimi ölkələrdə təhsil alırlar. Bu proqramlar daimi əsaslarla davam edir. Şirkətimizin inkişafı çərçivəsində biz işçilərimiz arasından təlimatçılar, yeni menecerlər, yeni direktorlar hazırlayırıq. Uğurlu kadr siyasəti bizim fəaliyyətimizdə ciddi istiqamətlərdəndir.
Məhz McDonald’s öz işçiləri arasından menecerlər yetişdirir və onlar hazırda bizim şirkətin aparıcı qüvvəsini təşkil edirlər. İlk addımlarını McDonald’s-da atan hər bir işçi çox qısa müddət ərzində şirkətin rəhbər kadrlarından biri ola bilər.