Yeməklərimiz haqqında
Mal Əti İstehsalı və Təchizatı
McDonald’s Azərbaycan restoranlarında təqdim olunan bütün mal əti kotletləri yerli mənşəlidir və yüksək keyfiyyət standartlarına uyğun şəkildə hazırlanır. Ətin tədarükündən emalına, dondurulmasından restoranlara çatdırılmasına qədər bütün mərhələlər yalnız Azərbaycanın daxilində həyata keçirilir.
McDonald’s üçün ət Azərbayanın şimal bölgəsində yerləşən heyvandarlıq təsərrüfatında yetişdirilən iribuynuzlu heyvanlardan əldə olunur. Heyvanlar tamamilə təsərrüfatın özündə istehsal olunan, qatqısız və təbii yemlərlə qidalanır. Sağlamlıq vəziyyətlərinə daimi baytarlıq nəzarəti tətbiq edilir.
Ətin emalı Bakının Buzovna qəsəbəsində yerləşən “AzProtein Foods Group” fabrikində həyata keçirilir. Burada McDonald’s üçün ayrılmış xüsusi istehsal xətti mövcuddur. Ət halal qaydalara uyğun şəkildə kəsildikdən sonra üç mərhələdən ibarət prosesdən keçir: xırdalanır, Formax xətti ilə formalaşdırılır və spiral dondurucuda dondurulur. İstehsal zamanı ətə heç bir qatqı və ya əlavə edilmir — istifadə olunan məhsul 100% saf mal ətidir.
İstehsalat sahəsi ISO 22000, HACCP və Halal sertifikatlarına malikdir. Ət gündəlik laborator analizlərdən keçirilir. Eyni zamanda, istehsal prosesinə McDonald’s-ın yerli və beynəlxalq komandaları tərəfindən davamlı nəzarət olunur. Məhsul nümunələri mütəmadi olaraq McDonald’s Avropa Keyfiyyət Mərkəzinə (Münhen, Almaniya) göndərilir və orada müxtəlif testlərdən keçirilir. “AzProtein” müəssisəsi həm elan olunmuş, həm də xəbərsiz beynəlxalq auditlərə cəlb olunur.
Dondurulmuş məhsul xüsusi soyuducu yük maşınları ilə fabrikdən mərkəzi anbara, oradan isə sifarişə əsasən restoranlara daşınır. Təchizat zənciri boyunca temperatur rejiminə ciddi nəzarət edilir və bu HACCP sistemində əsas kritik nəzarət nöqtələrindən biridir. Hər bir nəqliyyat vasitəsi temperatur loqqerləri ilə təchiz olunub və məhsul qəbul edilərkən temperatur göstəriciləri yoxlanılır.
Restoranlara çatdırılan kotletlər qril avadanlığında bişirilir. Bişirildikdən sonra onlara yalnız bir çimdik duz və istiot əlavə edilir — əlavə heç bir inqrediyent istifadə olunmur.
McDonald’s üçün əsas dəyər istehlakçıların inamıdır. Məhz buna görə ətin mənşəyi, hazırlanması və təhlükəsizliyi ilə bağlı bütün mərhələlər şəffaf şəkildə qurulub və mütəmadi nəzarətdə saxlanılır. Azərbaycanda istehsal olunan bu məhsullar həm yerli, həm də beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verir.


Biz keyfiyyətə sadiq qalırıq
Biz yeməklərimizin hazırlanma üsullarını və onlara daxil olan ərzaqların keyfiyyətini daima təkmilləşdiririk.


Tez-tez verilən suallar
Sizi maraqlandıran suallara cavab tapın.