“McDonald’s Azərbaycan” ağac əkimi aksiyası keçirdi

“McDonald’s Azərbaycan” şirkəti ağac əkimi ilə bağlı ekoloji aksiya keçirib. Aksiya 21 may tarixində Bakının Səbail rayonunda təşkil edilmişdi. Burada “McDonald’s Azərbaycan” şirkətinin 50-dən çox əməkdaşı iştirak edib və 200-dən artıq zeytun ağacı tingi əkilib.

Yaşıllaşdırma ilə əlaqəli aksiyanın başlıca məqsədi Azərbaycanın paytaxt şəhərində “yaşıl” zonaların çoxalması, ağac əkiminin təbliği və ətraf mühitin qorunmasına dəstək olmaqdan ibarətdir. Ətraf mühitə qayğı və “McDonald’s”ın olduğu bütün şəhərlərdə cəmiyyətin həyatında fəal iştirak “McDonald’s” biznesinin ekoloji inkişafının əsasını təşkil edir.